RU

Elvin Nəsibov İkinci Liqada ilkə imza atdı

İkinci Liqa təmsilçisi “Füzuli”də çıxış edən Elvin Nəsibov Azərbaycan çempionatının cari mövsümünün rekorduna imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elvin Nəsibov buna bir oyunda 7 qol vurmaqla nail olub. O, İkinci Liqanın 25-ci turunda fərqlənib. Hücumçunun qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb.

Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib. Üç il sonra – 1996/97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Избранный
274
5
arena.az

10Источники