Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.
Turun mərkəzi matçında lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edib.
Görüş mövsümün qalibinə aydınlıq gətirə bilərdi. "Qaradağ Lökbatan" qalib gəlsə, çempionluğu rəsmiləşdirəcəkdi. Ancaq oyun "Şamaxı"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı" xallarını 54-ə çatdıraraq liderliyə yüksəlib.
Beləliklə, çempion komanda sonuncu - 27-ci turda müəyyənləşəcək. Son turda "Şamaxı" autsayder "Araz Saatlı"nı qəbul edəcək, "Qaradağ Lökbatan" isə "Mingəçevir"in qonağı olacaq. Hər iki oyun mayın 23-də keçiriləcək.
16 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Şamaxı” - 2:3
Qollar: Seyxan Fərəcov, 14, Xəlil Bəşirov, 40 - Emin Zamanov, 31, 48, 52
Lökbatan OİK stadionu
17:00. “Araz Saatlı” – “İmişli” - 2:1
Qollar: Sequn Omotoşo, 64, 69 - Xəqani Sadıqov, 89
Saatlı OİK stadionu