RU

Məktəblərdə bu dərs vəsaitləri LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Məktəblərdə bu dərs vəsaitləri LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Daha əvvəl bildirmişdik ki, Azərbaycanda kurikulum təhsil sistemində ciddi narazılıqlar var. O cümlədən dərs vəsaitlərinin çətinliyindən söz açmağa dəyməz. Ölkədə kurkulum təhsil sitemi yarandığlı vaxtdan müvafiq bir tendensiya formalaşıb. 1 fənn üzrə şagirddən qiymətləndirmə, test tapşırıqları və toplusu, o cümlədən iş dəftərləri tələ edirlər. Əlbəttə ki, bu valideynləri maddi baxımından ciddi ziyana salır. Bu baxımdan həmi sözügedən dərs vəsaitlərinin ləğv edilməsi mümkündür?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir. Amma etiraf edək ki, hal hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir:

"1998-ci ildən senzura ləğv edildikdən sonra hər kəs istədiyi vəsaiti çap edir. Vəsaitlərin Dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir. dərsliklər öz funksiyasını yerinə yetirə bilmir.

Vəsaitlərdə:
- şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;
- şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
- dünyəvilik prinsipinə riayət edilməlidir".

Ekspertin sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzalaığı sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir. Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var:

"Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki, bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə, hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik. Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş təftərlərinin qiyməti olduqça bahadır. Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşmasına səbəb olur. Mən hesab edirəm ki, iş dəftərlərindən imtina etmək lazımdır. Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazımatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir".

Ekspertin sözlərinə görə, iş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir. Gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib - gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar:

"Müşahidələrimiz əsanasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir. Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Hesab edirəm ki, təhsil nazirliyi tərəfindən orta məktəblərdə istifadə olunacaq resursların konkret siyahısını müəyyən etməli, bu siyahlda olmayan vəsaitlərin orta məktəblərdə istifadəsinə birmənalı olaraq qadağa qoymalıdır".

Sevda Səfərova

Избранный
268
8
sonxeber.az

7Источники