RU

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

Dövlət Gömrük Komitəsi (DGK) “İrşad Elektroniks” MMC barəsində inzibati protokol tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn
 

Избранный
317
7
valyuta.az

10Источники