RU

Siyavuş Novruzov: Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın

Biletlərin qiymətinin baha olması ilə bağlı məsələ deputatları narahat edir

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Aviasiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də narahatlıq yaradır: “Biz AZAL-da görüşdə bu məsələləri qaldırdıq. Mən Naxçıvandan seçilmişəm. Gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon dotasiyanın 20-25 %-i bilet məsələsinə aid edilir. Qalan bütün yük AZAL-ın üzərində qalır. Naxçıvan blokadada olduğuna görə bu xərclər dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar qaydasına düşüb, ancaq yerdəyişmələr olur.

Избранный
816
6
apa.az

10Источники