Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa Media Kubokunun qalibi olub.
Komanda turnirin final matçında Rumıniya ilə qarşılaşıb.
Həlledici oyunda güclü rəqibi üzərində 7:4 hesabı ilə qələbə qazanan Azərbaycan komandası ilk dəfə bu turnirin qalibi olub.