RU

Azay Quliyev: "Fransa məkrli planının 2-ci hissəsinə cəhd edir "

“Fransa Brüssel sülh danışıqlarının qarşısını almağa çalışır”.

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 20-də keçirlən iclasında deputat Azay Quliyev bildirib. O xatırladıb ki, Avropa Şurasının Nazirlər Komitəsinin  oktyabrın 18-də Strasburqda keçirilən iclasında  Avropa İttifaqının nümayəndə heyəti Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bəyanatla çıxış edib:





“Bu bəyanatın tonundan və məzmunundakı bəzi qıcıqlandıqıcı məqamlardan aydın olur ki, bu kağız parçası yenə də Fransanın təkidi ilə qəbul edilib. Çünki burada nə Azərbaycanın anti-terror tədbirləri və bu tədbirlərin həyata keçirilməsini zəruri edən amillər, nə də Qarabağ erməniləri ilə bağlı ölkəmizin bugünə kimi atdığı müsbət addımlar və reinteqrasiya səyləri haqqında heç nə yoxdu. Əksinə, bəyanatda yenə də “Dağlıq Qarabağ” və “blokada” kimi əsassız və artıq ikrah hissi doğuran  ifadələrə yer verilib.

Sual olunur, niyə Fransa oktyabrın sonunda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin imzalanması ilə bağlı Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqlar ərəfəsində bu cür pozucu, qıcıqlandırıcı və təxribat xarakterli fəaliyyətini daha da artırır?  Bu azmış kimi, oktyabrın 19-da Fransanın İrəvandakı  səfiri sərhədə gəlib heç bir əsas olmadan Azərbaycanı Ermənistanın ərazisini işğal etməkdə ittiham edir”.

Deputat bildirib ki, Fransanın məqsədi aydındır:  hər vəchlə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının qarşısını almaq, mümkün danışıqlar platformalarını təhlükəyə atmaq və nəhayətdə, bölgədə yenidən gərginlik və hərbi qarşıdurma yaratmaqdan ibarətdir:

“Afrikadan qovulan Fransa düşünür ki, əgər Cənubi Qafqazda  yenidən qan tökməyə nail olsa, Ermənistanın yeni xilaskarı kimi bölgəyə daxil ola və möhkəmlənə bilər.

Məhz, Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində oktyabrın 5-də Qranada da nəzərdə tutulan sülh danışıqları pozulmuşdur.

İndi, Fransa yenə də çalışır ki, bu cür təhrikedici bəyanatlarla Azərbaycanı təxribata çəksin və Brüssel  sülh danışıqlarını pozsun.

Əgər, bu baş tutarsa, Fransa özünün məkrli planının ikinci hissəsini həyata keçirməyə, yəni, Azərbaycanı sülh danışıqlarını pozan ölkə kimi qələmə verməyə və BMT TŞ-da ölkəmizin əleyhinə hər hansı bir qərar və ya  qətnamə qəbul edilməsinə cəhd edəcək”.

A.Quliyevin sözlərinə görə, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə Ermənistan və Azərbaycanla bağlı məsələnin daxil edilməsi də bu məqsədə xidmət edir və istisna deyil ki, müzakirələrin yekununa həsr olunan açıqlamada Azərbaycana qarşı yenə də təhrikedici fikirlər əks olunsun:

“Ancaq düşünürəm ki,  Fransanın niyyətini hamı başa düşür, hətta bu, pozucu fəailiyyətin ilk növbədə Ermənistanın maraqlarına zərbə vurduğunu İrəvanda da anlamamış deyillər. Belə ki, bu gün sülh sazişinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır.

Əlbəttə, şübhə etmirəm ki, cənab Prezident və Azərbaycan diplomatiyası yenə də Fransanın bu çirkin planlarının qarşısını alacaq və Brüssel təxribatının baş tutmasına imkan verilməyəcək”.

Избранный
331
6
gundem.az

2Источники