RU

Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur

  • Müəllif, Mark Qriqoryan
  • Vəzifə, BBC Rusca üçün

Düz yüz il əvvəl, 1924-cü il yanvarın 9-da Tbilisidə erməni ailəsində Sarkis (Sergey) Paracanov adlı oğlan uşağı anadan oldu. Onun taleyinə şedevr kimi tanınan bir neçə film çəkmək, sovet həbsxanasına düşmək, orada çox ağır şəraitdə sağ qalmaq və 20-ci əsrin ən böyük kinorejissorlarından biri olmaq düşdü.

“Məni Sovet İttifaqı Kommunist Partiyasının 340 üzvünü zorlamaqda ittiham ediblər”, - dünya mədəniyyət xadimlərinin səyləri nəticəsində Sovet həbsxanasından çıxandan sonra verdiyi müsahibələrində Paracanov istehza edirdi.

1974-cü ildə o, eynicinsli intim münasibətlərdə ittiham olunaraq, beş il müddətinə azadlqdan məhrum edillmişdi: hökmə görə onun şəxsi əmlakı müsadirə olunmalıydı və cəzasını sərt rejimli düşərgədə çəkməliydi.

Paracanov dünya adamı idi. Onun Tbilisidəki Kote Mesxi küçəsindəki muzey və eyni zamanda antikvar dükanı xatırladan evinə Marcello Mastroianni, Tonino Guerra, Andrey Tarkovski, Vladimir Vısotski və Marina Vladi kimi dünya məşhurları gəlirdi. O, Lilya Brik və Federiсo Fellini ilə dost idi.

Sergey

Şəklin mənbəyi, Yuri Meçitov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
240
49
bbc.com

10Источники