Bakı. Trend:
Azərbaycan Premyer Liqasında mövsümün son oyununun biletlərisatışa çıxarılıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu ölkə çempionu “Qarabağ”ın mətbuatxidməti açıqlayıb.
Ağdam təmsilçisinin XXXVI turunun “Araz-Naxçıvan”la səfərqarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlaynsatışa çıxarılıb. Biletlərin qiyməti sektorlara uyğun olaraqdəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3, mərkəzisektorlar 7, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü“Azersun Arena”nın kassasında da satışda olacaq. Qapılar azarkeşlərüçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, mayın 26-da keçiriləcək “Araz-Naxçıvan” -“Qarabağ” görüşü saat 19:30-da başlayacaq. Görüşdən sonra çempionunvə bombardirin mükafatlandırma mərasimi baş tutacaq.