RU

Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.

Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.

Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa vurun.

Xaos və dağınıqlığın yaşandığı məkanı qaydaya salın, yaşam arealını kontrolda tutun.

Buğa - Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.

Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.

Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.

Gəlişigözəl sözlərə və vədlərə inanmayın.

Əkizlər - Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.

Ötən həftədən qalmış işi başa vurun.

Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.

Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.

Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.

Xərçəng - Səhər aktivlik nümayiş etdirin, dünəndən yarımçıq qalmış işi təxirə salmadan başa vurun. Özünüz barədə az danışın, başqalarını müzakirə etməyin.

Xəbərlər və informasiya axınını süzgəcdən keçirin. Diqqətinizi işdən yayındıranların felinə uymayın.
Günün ikinci yarısı bir çox işlərdə, xüsusilə də maliyyə və emosional müstəvidə uğur vəd edir.

Xarici görünüşdə yenilik üçün yaxşı vaxtdır. Axşam saatlarında istirahət edin, əylənin.

Şir - Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.

Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaq.

Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.
Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Qız - Səhər saatlarında işə başlamaq çətindir. Amma süst və tənbəl olmayın, işə başlayın. Önəmli işi günün ikinci yarısında mütləq başa vurun.

Mühüm tədbir, dəyişiklik və ya planı iş yoldaşınız, şərik və ya dostunuzla müzakirə edin. Tənha, təkbaşına qalmamağa çalışın.

Birgə iş effektiv olmaqla yanaşı, daha sürətli alınacaq. İşgüzar və şəxsi münasibətlər uğurlu şəkildə kəsişəcək, yaşamınızı ilhamverici emosiyalarla zənginləşdirəcək.

Maddi məsələlərdə pozitiv irəliləyişlər tərəfdaş və ya işdə rəhbərliyinizlə bağlı ola bilər.

Axşam saatlarında qonaq gedin, ya da qonaq qəbul edin.

Ev şəraitində ünsiyyət daha komfortlu olacaq.

Tərəzi - Uzaqdan gələn xəbər güclü emosional rezonans yaradacaq. Müəyyən əlaqə, təmas və ya münasibətdəki rolunuza yenidən baxmalı olacaqsınız.

Избранный
164
11
publika.az

5Источники