Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Tovuzda Qərb derbisi baş tutacaq. "Turan Tovuz" öz meydanında "Kəpəz"i qəbul edəcək. Bu görüş komandalar üçün formal xarakter daşıyacaq.
Mövsümün son matçında "Araz-Naxçıvan"la "Qarabağ" arasında olacaq. Bu görüş çempionunun meydanında keçiriləcək və mövsümünün qaliblərinin mükafatlandırma mərasimi ilə yekunlaşacaq.
Qeyd edək ki, turun ilk 3 oyununda "Zirə" "Səbail"ə, "Sabah" "Neftçi"yə, "Sumqayıt" isə "Qəbələ"yə eyni 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXXVI tur
26 may (bazar)
17:00. "Turan Tovuz" - "Kəpəz"
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu
19:30. "Araz-Naxçıvan" - "Qarabağ"
Baş hakim: Əkbər Əhmədov
"Azərsun Arena"
1 | Qarabağ | 35 | 26 | 4 | 5 | 95-35 | 82 |
2 | Zirə | 36 | 16 | 10 | 10 | 33-22 | 58 |
3 | Sabah | 36 | 17 | 7 | 12 | 50-40 | 58 |
4 | Sumqayıt | 36 | 15 | 12 | 9 | 37-38 | 57 |
5 | Neftçi | 35 | 16 | 8 | 11 | 51-39 | 56 |
6 | Turan Tovuz | 35 | 12 | 9 | 14 | 52-53 | 45 |
7 | Səbail | 35 | 11 | 9 | 15 | 50-59 | 42 |
8 | Kəpəz | 35 | 9 | 8 | 18 | 39-66 | 35 |
9 | Araz-Naxçıvan | 35 | 9 | 8 | 18 | 29-48 | 35 |
10 | Qəbələ | 35 | 7 | 5 | 23 | 30-63 | 26 |
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 19 qol, Aleksandr Ramalinqom ("Səbail") - 15 qol, Yassin Benzia ("Qarabağ") - 12 qol, Nəriman Axundzadə ("Qarabağ") - 12 qol
İdman.biz