Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub.
QOL.az xəbər verir ki, 36-cı turun son günündə 2 matç keçirilib Əvvəlcə Qərb derbisi oynanılıb. "Turan Tovuz" "Kəpəz"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Digər matçda 9-cu yerdəki "Araz-Naxçıvan" mövsümün qalibi "Qarabağ"la qarşılaşıb və 2:2 hesablı bərabərə qalıb. Görüşdən sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi "Zirə" olub. "Sabah" 3-cü, "Sumqayıt" isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.
26 may (bazar)
19:30. “Araz-Naxçıvan” – “Qarabağ” - 2:2
Qol: Elvis Maşike, 4 (1:0), Olavio Juninyo, 27 (1:1), Vadim Abdullayev, 32-avtoqol (1:2), Abdulla Rzayev, 58 (2:2)
“Azersun Arena”
Reallaşdırılmayan penalti: "Qarabağ"ın futbolçusu Diakabi 74-cü dəqiqədə penaıtini düzgün yerinə yetirə bilməyib.
17:00. “Turan Tovuz” – “Kəpəz” - 1:0
Qol: Otto Con, 74
Tovuz şəhər stadionu
Reallaşdırılmayan penalti: "Turan Tovuz, 25-qapıçı
25 may (şənbə)
“Zirə” – “Səbail” - 1:0
“Neftçi” – “Sabah” - 0:1
“Sumqayıt” – “Qəbələ” - 1:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 36 | 26 | 5 | 5 | 97-37 | 83 |
2 | Zirə | 36 | 16 | 10 | 10 | 33-22 | 58 |
3 | Sabah | 36 | 17 | 7 | 12 | 50-40 | 58 |
4 | Sumqayıt | 36 | 15 | 12 | 9 | 37-38 | 57 |
5 | Neftçi | 36 | 16 | 8 | 12 | 51-40 | 56 |
6 | Turan Tovuz | 36 | 13 | 9 | 14 | 53-53 | 48 |
7 | Səbail | 36 | 11 | 9 | 16 | 50-60 | 42 |
8 | Araz-Naxçıvan | 36 | 9 | 9 | 18 | 31-50 | 36 |
9 | Kəpəz | 36 | 9 | 8 | 19 | 39-67 | 35 |
10 | Qəbələ | 36 | 7 | 5 | 24 | 30-64 | 26 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 20 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol