RU

İrəvanda etiraz aksiyası zamanı saxlanılanların sayı 240-a çatıb

İrəvanda

Bakı, 27 may, AZƏRTAC

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 240 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Aşor Simonyanın da olduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistan paytaxtında və regionlarda vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin regionlararası əhəmiyyətə malik magistral yolları bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən kənarlaşdırılıb.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.

Избранный
187
50
azertag.az

10Источники