RU

“Qəbələ” altı legioneri ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən və yekunda elitanı tərk edən “Qəbələ” altı futbolçu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, əyalət klubu müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu futbolçularla 2023/2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələrin müddəti uzadılmayıb.

2020-ci ildən “qırmızı-qara” formada çıxış edən toqolu Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə “Qəbələ”yə keçən belçikalı Allaşın hesabında 56 görüşdə 10 top var.

Ötən yay “Qəbələ”yə qoşulan israilli Xalayla 40 (10 qol), braziliyalı Afriko 35 (1 qol), nigeriyalı Ayzaya 26 (1 qol) matçda form geyinib. Bu qış “qırmızı-qaralar”ın heyətinə qayıdan mozambikli Bauk 13 qarşılaşmada 1 qola sevinib.

Избранный
156
22
arena.az

10Источники