RU

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı

"Hatayspor"un futbolçusu Renat Dadaşov Türkiyə təmsilçisindən ayrılıb.

Bu barədə Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında yazıb. "Hər şey üçün təşəkkür edirəm, Hatay!", - deyə o bildirib.

Qeyd edək ki, "Qrasshoper"in futbolçusu R.Dadaşov 2023-cü ildə icarə əsasında "Hatayspor"a keçmişdi. O, 2023/2024 mövsümündə Superliqada meydana çıxdığı 31 matçda 6 qol vurmuşdu.

Xatırladaq ki, 25 yaşlı hücumçunun "Qrasshoper"lə 2025-ci ilin iyununa kimi müqaviləsi var.

Избранный
138
3
cbcsport.az

4Источники