RU

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı

 "Hatayspor"un futbolçusu Renat Dadaşov Türkiyə təmsilçisindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında yazıb. "Hər şey üçün təşəkkür edirəm, Hatay!", - deyə o bildirib.

Qeyd edək ki, "Qrasshoper"in futbolçusu R.Dadaşov 2023-cü ildə icarə əsasında "Hatayspor"a keçmişdi. O, 2023/2024 mövsümündə Superliqada meydana çıxdığı 31 matçda 6 qol vurmuşdu.

Xatırladaq ki, 25 yaşlı hücumçunun  "Qrasshoper"lə 2025-ci ilin iyununa kimi müqaviləsi var.























Bizi Facebookda izləyin

Избранный
118
3
525.az

4Источники