Bu gün UEFA Avropa Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşəcək.
Final matçında Yunanıstan "Olimpiakos"u İtaliya "Fiorentina"sını qəbul edəcək. Afinadakı "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü referi portuqaliyalı Artur Diaş idarə edəcək. Matç "CBC Sport"la canlı yayımlanacaq.
Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının son qalibi "Vest Hem"dir.
29 may
UEFA Avropa Konfrans Liqası, final
23:00. "Olimpiakos" (Yunanıstan) - "Fiorentina" (İtaliya)
Baş hakim: Artur Diaş
Afina, "AEK Arena"