RU

Çiyələklə bağlı xəbərdarlıq

Çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur.

Globalinfo.az xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb.

Bildirilib ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır:

“Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir.

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır”.
Избранный
206
48
bakuinform.agency

10Источники