RU

Nobel mükafatçısı Əziz Səncər ilə onlayn görüş

Dünən “Naxçıvan” Universitetindǝ Nobel mükafatçısı, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Sǝncǝrin onlayn iştirakı ilǝ görüş keçirilib.
Tǝdbiri giriş sözü ilǝ açan rektor Anar Kazımov bildirib ki, Əziz Sǝncǝr şǝxsiyyǝti elm sahǝsindǝ Nobel müka­fatı alan ilk türk alimi kimi Azərbaycan xalqı üçün çox ǝzizdir. Natiq onu da diqqǝtǝ çatdırıb ki, Universitet Elmi Şu­rasının 21 sentyabr 2023-cü il tarixli qǝ­rarı ilǝ Elmi Kitabxanada “Əziz Sǝncǝr adına oxu zalı” tǝsis edilib.
Tǝdbirdǝ UNEC rektorunun müşavi­ri, dosent Elşǝn Bağırzadǝ, Türkiyǝnin Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölmǝsinin sǝdri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Gǝnclǝr Fon­dunun icraçı direktoru Cǝbi Quliyev, Türkiyǝ Cümhuriyyǝti Atatürk Univer­sitetinin professoru Kerem Karabulut, Qars Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu çıxış edǝrǝk bildirib­lǝr ki, Əziz Sǝncǝrin ürǝyi hǝr zaman Azǝrbaycanla döyünüb.
Tǝsadüfi deyil ki, Azǝrbaycan Res­publikasının Prezidenti İlham Əliyevin 2021-ci il 10 sentyabr tarixli sǝrǝncamı ilǝ Nobel mükafatçısı, görkǝmli alim Əziz Sǝncǝr “Azǝrbaycan Respublika­sı Prezidentinin fǝxri diplomu” ilǝ tǝltif edilib.
Çıxışlarda Nobel mükafatçısının Şuşa sǝfǝrindǝn danışılıb. İkinci Qara­bağ müharibǝsi zamanı Gǝncǝyǝ raket hücumları nǝticǝsindǝ hǝr iki valideyni­ni itirmiş 3 yaşlı Xǝdicǝ Şahnǝzǝrova­nın tǝhsil xǝrclǝri üçün yardım ayırması vurğulanıb. Qismǝt olarsa, Naxçıvana sǝfǝr edǝcǝyini bildirǝn Nobel mükafat­çısı Əziz Sǝncǝr gǝnclǝrǝ tövsiyǝlǝrini verǝrǝk uğura gedǝn yolun formulunu onlarla bölüşüb. Alim qeyd edib ki, istǝ­nilǝn uğura yalnız zǝhmǝt vǝ fǝdakar­lıqla nail olmaq mümkündür.
“İstǝr Amerika olsun, istǝrsǝ dǝ başqa ölkǝlǝr, dünyanın heç bir yerindǝ zǝhmǝtkeş insanın qarşısında heç kim dura bilmǝz”, - deyǝn professor hǝyat­da şansa inanmadığını, bütün nailiyyǝt­lǝrǝ alın tǝri ilǝ sahib olduğunu diqqǝtǝ çatdırıb. 
Ömrünü, demǝk olar ki, bütünlüklǝ elmǝ hǝsr edǝn alim gǝnclǝrǝ davamlı mütaliǝ vǝ elmlǝ mǝşğul olmağı töv­siyǝ edib. Tǝdbir Nobel mükafatçısına tǝlǝbǝlǝr tǝrǝfindǝn ünvanlanan suallar vǝ “Əziz Sǝncǝrdǝn elm vǝ milli inkişaf haqqında aforizmlǝr” adlı kitabın imza mǝrasimi ilǝ başa çatıb. 
XQ

Избранный
422
3
xalqqazeti.az

10Источники