RU

“Porsche” vədinə əməl etmədi! Almanların xəyalları puç oldu

“Porsche” böyük akkumulyatorlar fabriki tikmək planlarından vaz keçib.

Azerforum xəbər verir ki, avtomobil nəhəngi iki həftə əvvəl Leypsiqdə tam elektrikli “Macan” modelinin istehsalına yaşıl işıq yandırdı. Lakin Almaniyanın Brandenburq şəhərində öz akkumulyator istehsalı müəssisəsini qurmaq planlarını gözlənilmədən dayandırdı. Şirkətin Müşahidə Şurası iyunun 7-də keçiriləcək illik ümumi yığıncağında bu layihəni hələlik dayandırmağı planlaşdırır. Səbəb Çindəki iqtisadi çətinliklər və Almaniyada elektriklə işləyən avtomobillərə tələbatın zəif olmasıdır.

“Porsche”nin bu layihəni ləğv etməsi Almaniyaya növbəti zərbədir. Bu həftənin əvvəlində Çin batareya istehsalçısı “Svolt Lauchhammer” də akkumulyator fabriki tikmək planlarını ləğv edib.

Избранный
109
1
minval.info

2Источники