RU

İsrail ordusu bu ərazidən geri çəkildi

İsrail Qəzza zolağının şimalındakı Cibaliya bölgəsindən geri çəkilib.

Azerforum xəbər verir ki, təxminən 20 gün əvvəl İsrail ordusu Cibaliya bölgəsinə növbəti intensiv hücuma keçib, hücumlar səbəbilə bölgədə yaşayan 100 mindən çox fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail quru qoşunlarının tank və zirehli maşınlarla dəstəklədiyi hücumlar zamanı Fələstinli qruplar ilə İsrail əsgərləri arasında şiddətli qarşıdurma yaşanmışdı.
İsrail əsgərləri Cibaliyadan geri çəkildikdən sonra fələstinlilər yenidən bölgəyə axışıb.

Evlərinin vəziyyətini yoxlamaq üçün bölgəyə gələn fələstinlilər, evləri əvəzinə ağır dağıntılarla qarşılaşıblar.

Bölgədəki ağır dağıntılar İsrailin hücumlarının şiddətini ortaya qoyub.

Избранный
80
1
minval.info

2Источники