RU

Serj Sarkisyan məhkəmə tərəfindən əfv olundu – Detallar

Ermənistanda məhkəmə “dizel işi” üzrə ittiham olunan üçüncü prezident Serj Sarkisyana bəraət verib.

Minval.info yazır ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “dizel” işində yetərli dəlillərin olmaması səbəbindən əfv olunub. Bu qərar Yerevandakı birinci dərəcəli məhkəmə tərəfindən qəbul edilib.

Sarkisyanla yanaşı, neft məhsullarının idxalı ilə məşğul olan “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və Gevork Arutyunyan da bəraət alıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti sabiq dövlət başçısına 1 milyon ABŞ dollarından çox dövlət vəsaitinin israfçılıq yolu ilə dağıdılmasında təşkilatçı qismində iştirak etməklə bağlı ittiham irəli sürüb. Məhkəmə eyni cinayət işi çərçivəsində koronavirusdan dünyasını dəyişən keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və nazir müavini Samvel Qalstyana qarşı da ittiham irəli sürülüb.

Paşa Sadıqlı
Minval.info

Избранный
165
4
minval.info

5Источники