RU

Bölgədə Azərbaycan bayrağı qaldırıldı - Yeni dövlət yaranır

Bölgədə Azərbaycan bayrağı qaldırıldı - Yeni dövlət yaranır

Bölgədə Azərbaycan bayrağı qaldırıldı - Yeni dövlət yaranırYeni Kaledoniyada baş verənlər nikel uğrunda böyük güclər arasında gedən mübarizə ilə bağlıdır.Knn.az xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.Partiya rəsmisi Fransanın Yeni Kaledoniyada yürütdüyü müstəmləkəçilik siyasətinə diqqət çəkib:"Son günlər Azərbaycan mətbuatında Yeni Kaledoniya mövzusu aktuallaşıb. Maraqlı mövzudur.Yeni Kaledoniyanı 1774-cü ildə məşhur Britaniya dənizçisi Ceyms Kuk kəşf edib, bir müddət Britaniyanın nəzarətində olub. Amma 1853-cü ildə Britaniyanın başı Çin və Hindistana qarışdığı zaman Fransa həmin adaları öz tərkibinə qatıb, ora missionerlər göndərib və yerli xalqı - kanakları xristianlaşdırıb.İkinci Dünya Müharibəsindən sonra imperiyalar, koloniyalar dağılmağa başladı, Fransa da Yeni Kaledoniyaya böyük muxtariyyət verdi, amma öz tərkibində saxladı. 1984-ci ildə Yeni Kaledoniyada müstəqillik uğrunda yeni hərəkat başladı. Bu hərəkata Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (Kanak and Socialist National Liberation Front) adlı təşkilat start vermişdi. Bəzi mənbələrə görə, bu hərəkatın yaranmasında Britaniyanın müəyyən rolu olmuşdu. Azərbaycan və Yeni Kaledoniyanın bayraqlarının oxşar olması sosial şəbəkələrdə zarafata çevrilib, amma həmin bayraq 1984-cü ildə yaranmış hərəkatın bayrağıdır və sonradan Yeni Kaledoniyanın rəsmi bayrağı oldu. Yəni Azərbaycanın o bayrağın qəbulu və rəsmiləşməsində heç bir rolu olmayıb.Yeni Kaledoniyada müstəqillik üçün 4 dəfə referendum keçirilib, ən son səvermələrin birində kiçik fərqlə (53.26 faiz) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib, amma müstəqillik istəyənlərin sayı getdikcə artdı.Son etirazlara səbəb olan məsələ odur ki, Fransa Yeni Kaledoniyada yerləşənlərə (ən az 10 il yaşamaq şərtilə) səsvermə hüququ vermək istəyir. Bu isə o deməkdir ki, yerli əhali olan kanakların səsi, siyasətə təsirləri azalacaq. Amma bu məsələnin görünən tərəfidir – gələk əsas səbəbə: Yeni Kaledoniyada dünyda təsbit edilmiş nikel yataqlarının 25 faizi yerləşir. Bu gün nikelin 1 tonu dünya bazarında 21150 dollara yüksəlib. Nikel yaşıl enerji və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biridir. Yəni bu gün mübarizə nikel uğrunda gedir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası iddia edir. Çinin təsir mexanizmləri yoxdur, əhali xristiandır, adada çinlilər də yaşayırlar, amma azlıqdadır. ABŞ-Britaniya koalisiyasının isə həm maddi, həm də siyasi təsir mexanizmləri var. Yeni Kaledoniya tam müstəqil olsa, çox güman ki, bu koalisiyanın təsiri altına düşəcək".Natiq Cəfərli Fransa ilə bağlı başqa bir maraqlı məqama da toxunub:"İki il öncə Sakit okeanda vacib təhlükəsizlik alyansı olan AUKUS (Avstraliya, Britaniya və ABŞ) yarandı. AUKUS yaranan kimi Fransanı oyundankənar vəziyyətə qoydular. Avstraliyanın Fransa ilə 100 milyard dollara yaxın dəyəri olan atom sualtı gəmilərin istehsalı və istismarı ilə bağlı müqavilə ləğv edildi. Avstraliya həmin müqaviləni ABŞ və Britaniya şirkətlərinə verdi. Fransa çox qəzəbli bəyanatlar versə də, sonda bu acı reallığı qəbul etməli oldu.Sakit okeanda faydalı qazıntılarla dolu, strateji coğrafi mövqeyi olan Yeni Kaledoniya niyə Fransanın nəzarətində qalmalıdır?! Demək, kanak xalqının müstəqillik mübarizəsinə dəstək vermək, Fransanı sıxışdıraraq həmin adalara sahib olmaq lazımdır. Bunu Britaniya və ABŞ istəyir.Azərbaycanın Yeni Kaledoniya ilə bağlı (Fransa müstəmləkəçiliyinə qarşı) fəaliyyətinə gəlincə, bu məsələdə nə edirsə, çox güman ki, Britaniya kimi müttəfiqi ilə razılaşdırılmış şəkildə edir. Fransa isə açıq şəkildə anqlo-saksların üzərinə gedə bilmir, Azərbaycanın adını çəkir, olsun. Əslində bu, məmləkətə nüfuz qazandırır və Fransaya da dərs olsun ki, separatizmi (Azərbaycan ərazisində) dəstəkləmək həmişə bumeranq effekti yaradır".Fransa daxili işlər naziri Cerald Darmanin Yeni Kaledoniyada baş verən kütləvi nümayişlərə görə Azərbaycanı ittiham edib. Rəsmi Bakı fransalı nazirin açıqlamasına sərt reaksiya verib və bunu əsassız adlandırıb.Mayın 13-dən Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik siyasətinə qarşı kütləvi nümayişlər keçirilir. Küçə və meydanlarda Fransaya etiraz edən ada sakinləri Azərbaycan bayrağı da qaldırıblar. Bu, ölkəmizin müstəmləkəçiliyə qarşı apardığı qlobal mübarizə ilə bağlıdır. /teleqraf.com/

Избранный
204
2
knn.az

10Источники