RU

Küləkli hava şəraiti bu tarixədək davam edəcək

İyunun 1-i saat 19:00-a olan faktiki hava açıqlanıb.

 

Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, iyunun 1-i saat 20:00-a olan məlumata əsasən öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s,Naftalanda 22 m/s-dir.

 

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil edir.


Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 02-si günün ikinci yarısınadək davam edəcək.

Tarix: 1 İyun 2024, 20:57   
Избранный
198
15
pravda.az

10Источники