RU

Bir milyardlıq boşanma

Cənubi Koreyada boşanma məhkəməsində iş adamı Çey Tae-vonu keçmiş həyat yoldaşı Roh So-younqa təxminən bir milyard dollar ödəməsinə qərar verilib.

“İki sahil” xəbər verir ki, bunun ölkə tarixində ən böyük boşanma məhkəməsi olduğu bildirilib.

Ölkənin ikinci ən böyük holdinqi "SK Group"un sahibi olan Çey 1,45 milyon dollar aliment ödəyəcək. Biznesmen üç milyard dollarlıq sərvətinin bir milyard dollarını da keçmiş həyat yoldaşının hesabına köçürəcək.

Cütlüyün boşanma səbəbi Çeyin nikahdankənar münasibətdən övladının olmasıdır.

Избранный
104
10
ikisahil.az

10Источники