UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
İngiltərənin paytaxtı Londondakı \"Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund \"Borussiya” və İspaniyanın \"Real Madrid” komandaları üz-üzə gəlib.
Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma \"kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub.
74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.