RU

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub – VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

TEMPİNFO-nun məlumatına görə, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.

TEMPİNFO

Избранный
176
21
tempinfo.az

10Источники