Yazını böyüt
Yazını kiçilt
Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinada təşkil olunan Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.
Hafta.az xəbər verir ki, yığma F qrupunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yer aldığı qrupda maksimum nəticə göstərən milli turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Bununla da yığmamız pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.