Sloveniya Fələstini müstəqil və suveren dövlət kimi rəsmən tanıyıb.
APA xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“4 iyun 2024-cü ildə Sloveniya müstəqil və suveren Fələstin Dövlətini rəsmən tanıdı”, - nazirliyin “X” hesabında qeyd edilib.