RU

Ukrayna F-16 pilotlarının hazırlanmasının keyfiyyətindən narazıdır

Ukrayna rəhbərliyi F-16 qırıcı pilotları kimi təhsil alan Hərbi Hava Qüvvələri pilotlarının sayından razı deyil.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Politico” qəzeti Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

 

Qəzet yazır ki, “Ukrayna rəsmiləri ABŞ və digər ölkələrə F-16-lar üçün pilot hazırlığını gücləndirmək üçün təzyiq göstərir, hazırkı prosesin tezliklə Kiyevə təhvil veriləcək qırıcıları idarə etmək üçün kifayət qədər aviator hazırlamadığını deyir”.

 

Kiyev nümayəndələrinin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrində təlimlərə başlamaq üçün hazır olan 30 pilot var, lakin Ağ Evdən Kiyevə bildiriblər ki, amerikalı təlimatçılar artıq qəbul etdiklərindən daha çox namizədi qəbul edə bilmirlər.

 

Bundan əvvəl Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, F-16 qırıcıları Ukrayna ərazisi üzərində uçsa, Rusiya Silahlı Qüvvələri onları vuracaq.

 

Bundan əvvəl məlum olub ki, Belçika Kiyevə F-16-ların Ukraynadan kənarda istifadəsinə icazə verməyib.

 

Nigar

 

Избранный
262
3
oxu24.com

10Источники