RU

Rusiya olimpiya oyunlarını pozmaq istəyir - Ağ ev

Rusiya 2024-cü il Oyunlarına müdaxilə etmək istəyir.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departementi Rusiyanın 2024-cü il Olimpiya Oyunlarını gözdən salmaq cəhdlərindən danışıb.

Təşkilatın mətbuat xidmətinin rəhbəri Metyu Miller bu barədə müttəfiqləri ilə bölüşdükləri məlumat hesabatının mövcud olduğunu bildirib. O, Moskvanın əvvəllər də dezinformasiya yaydığını və bunun gözlənilən olduğunu deyib: "Ona görə də onların Olimpiada üçün bunu etmələri bizi təəccübləndirmir".

Bundan əvvəl Microsoft şirkəti Rusiyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Olimpiada təşkilatçılarının reputasiyasını ləkələmək üçün videoçarxların hazırlandığını açıqlamışdı . Rusiya oyunlara hazırlıq, eləcə də təhlükəsizliklə bağlı problemləri təsvir edən müxtəlif dillərdə saxta xəbərlər hazırlamaqda ittiham olunur.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. BOKrus və belarus idmançılara bir sıra şərtlərə yerinə yetirdikləri halda fərdi neytral idmançı kimi turnirdə iştirak etməyə icazə verib.


Müəllif: Arzu
Избранный
336
30
teleqraf.com

10Источники