109 minə yaxın məktəb yaşlı uşağın birinci sinfə qəbul prosesində məktəbi və müəllimi artıq müəyyənləşdirilib. SİA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.
O bildirib ki, iyunun 12-dən etibarən tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi həyata keçiriləcək: “Burada ilk olaraq prioritet bölmələr seçim edəcək. 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək”.