RU

“Erkək” və “ dişi” qarpız: Hansı dadlıdır və necə seçməli?

Qarpızın “erkək” və “dişi” olması anlayışı var, amma bunun elmi əsası yoxdur. Xalq arasında təcrübə olunubsa, deməli, diqqət etmək lazımdır. Boş-boşundan yaranmayıb.

Medianews.az xəbər verir ki, bu sözləri axar.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov yayın vazkeçilməz qidası olan qarpızın “erkək” , “dişi” olması və alıcıların ” dişi” dedikləri qarpıza hansı səbəbdən üstünlük verməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, “dişi” və “erkək” qarpız dadına görə bir-birindən fərqlənir:

“İnsanlarımızda belə fikir formalaşıb ki, “dişi qarpız” daha şirindir. Digəri bir az sulu olur. Bu fikirdə, görünür, bir xalq müdrikliyi var. Niyə belə olmasını, qarpızın bu növünün necə yetişdiyini araşdırmamışıq. Elmi cəhətdən əsaslandırmaq çətindir. Görünür, tozlanma dövrü ilə bağlıdır. Bəzi çiçəklər erkəkcik, bəzisi dişicik olur. Bunu dərindən öyrənmək lazımdır”.

Ekspert bildirib ki, alıcılar bu cür qarpızları asanlıqla müəyyən edə bilər:

“Mən özüm də qarpız alanda “dişi”sini alıram. Çünki daha dadlı olur. Müəyyən etmək çox da çətin deyil. Qarpızın bir saplaq tərəfi var, bir də saplağın əks tərəfi. Həmin hissə bir az geniş və böyük olur. Həmçinin “erkək” qarpızlar nisbətən uzunsovdur, digəri isə yastıdır”.

Избранный
123
36
medianews.az

10Источники