RU

Azərbaycanda oğul anasını ÖLDÜRDÜ: “Onu başqa kişi ilə...” - VİDEO

Anasının başqa kişi ilə ailə qurmasını istəməyən oğul onu qətlə yetirib.

Anons.az bildirir ki, universitetlərdən birində təhsil alan Xaləddin (Adlar şərtidir) imtahana hazırlaşırdı. Onu atası öldükdən sonra təkbaşına böyüdən anası Şahanə isə oğlunun gələcəyinə böyük ümid bəsləyirdi.

Amma son vaxtlar Xaləddin anasından şübhələnirdi. Şahanə işdən evə yorğun gəlir, öz otağında kiminləsə telefonda söhbət edir, gah da görüntülü danışırdı. O, şəxsi həyatını yaşamaq üçün hələ də gec olmadığını düşünürdü. Lakin bütün bunlar Xaləddinin gözündən yayınmır və onu getdikcə qıcıqlandırırdı.

Bir gün Şahanənin tanışı Rafiq onlara qonaq gəlir. Şahanə onu oğlu ilə tanış etmək istəyərkən, Xaləddin qəzəblənərək öz otağında gizlənir. Şahanə isə Rafiqə “fikir vermə, başa düşəcək” deyir və onlar mətbəxə keçib, söhbət edirlər.

Ertəsi gün səhər saatlarında Xaləddin evdən çıxıb anasının arxasınca gedir. Addım-addım izləyib görür ki, anası işə getmək əvəzinə kafedə Rafiqlə görüşür. Onlar isə münasibətlərini qanuniləşdirmək haqqında danışırdılar. Şahanə Rafiqlə danışıb, vacib bir işi birlikdə həll etməyə hazırlaşırdı. Xaləddin isə gecəni yuxusuz keçirmişdi. Anası evdən çıxmazdan əvvəl onun yataq otağına girib Rafiqlə son yazışmasını oxuyur. Başa düşür ki, bu gün onlar rəsmi nikaha daxil olmağa gedəcəklər.

Xaləddin qərar verir ki, buna imkan verməsin. Xaləddin anasının mənzildən çıxıb həyətə düşməsini izləyir. Sonra mətbəxdən bıçaq götürüb, onun arxasınca gedir. Anasına çatıb gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək onu qətlə yetirir. Hadisə yerindən qaçsa da, bir neçə gün sonra polis əməkdaşları tərəfindən həbs olunur.

Избранный
140
28
anons.az

10Источники