RU

Metro stansiyalarda tibb məntəqələri yaradıla bilər

Metro

Bakı metrosunda son vaxtlar bəzi sərnişinlərin özlərini pis hiss etməsi və ya qatar yoluna düşərək xəsarət alması hallarına rast gəlinir. Metropoliten əməkdaşları təcili tibbi yardım çağırsa da, bəzi kritik vəziyyətlərdə həkim briqadası hadisə yerinə çatana qədər sərnişin dünyasını dəyişir. Nəticədə, metroda tibbi məntəqələrinin yaradılmasının zəruriliyi gündəmə gəlir.Ulusum.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə bildirib ki, təmsil etdiyi qurumun paytaxtın səhiyyə strukturları, xüsusən də Təcili Tibbi Yardım xidməti ilə operativ, sürətli əlaqə formaları var:“Bu, tarixən tənzimlənmiş və davamlı olaraq monitorinqlər əsasında nəzarət altında saxlanılan bir əlaqə formasıdır. Nümunə üçün deyim ki, “Bakı Metropoliteni”nin hansısa stansiyasından çağırış daxil olarkən, nəinki ən yaxın təcili tibbi yardım məntəqəsi, hətta metropolitenin həmin stansiyasına yaxın məsafədə olan təcili tibbi yardım briqadasının stansiyaya yönləndirilməsi təmin olunur. Bununla bağlı bu günə qədər hər hansı ciddi neqativ hal müşahidə olunmayıb”.Onun sözlərinə görə, metroda tibb məntəqəsinin yaradılması məsələsi müntəzəm olaraq diqqətdə saxlanılır:“Metropolitenin aidiyyəti səhiyyə qurumları ilə müntəzəm əlaqələri, monitorinqlərinin nəticəsinin müzakirəsi, mübadilənin başqa formalarından istifadə olunur. İnanıram ki, xüsusi zərurət yaranacağı təqdirdə metro stansiyalarında bu xidmətin təşkili məsələsinə də baxıla bilər”.“Bakı Metropoliteni sırf sərnişindaşıma fəaliyyətini təmin edən qurumdur. Bu səbəbdən səhiyyənin təşkili ilə bağlı hansısa təcrübəsi və peşəkar səlahiyyəti yoxdur. Hətta Bakı metropolitenin işçiləri, xüsusən də maşinistlərin reys öncəsi müayinəsinin müxtəlif sahələrdə təşkil olunması ilə bağlı da hansısa məsələ məhz səhiyyə strukturları və qurumları ilə müntəzəm əlaqələr formasında təşkil edilir”, - deyə B.Məmmədov vurğulayıb.Xatırladaq ki, Bakı metrosunda anoloji hallardan biri ötən gün yaşanıb. Belə ki, metronun "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşına yaxınlaşıb. Metro əməkdaşları dərhal təcili tibbi yardım xidməti çağırıb. Lakin sərnişin xidmət işçiləri gələnə kimi həyatını itirib.

Diqqət Çəkənlər

Evə diqqət ayırmağın zamanıdır

Spirtli içki asılılığından qurtulmaq üçün ilk addım!

Ağır qəzada xəsarət alanların kimliyi açıqlandı

Избранный
54
9
ulusum.az

10Источники