RU

"Belə suallarla yaramı təzələməyin" - Çinarə

"Belə suallarla yaramı təzələməyin" - Çinarə

Bir neçə gün əvvəl övladını itirən aparıcı Çinarə Əliyeva bununla bağlı daha bir paylaşım edib.

Axşam.az xəbər verir ki, o, yaxın zamanda yenidən işinə qayıdacağını açıqlayıb. Həmçinin, Çinarə ona övladını niyə itirməsi ilə bağlı sualların verilməməsini xahiş edib:

"Yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş. Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu.

Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar.

Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifətlə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb "Niyə belə oldu?" sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm".

Qeyd edək ki, Çinarə Ruslan Rəsulla ailəlidir.

Избранный
306
9
sonxeber.az

10Источники