Bu gün Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.
Bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.