Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç görüş keçiriləcək.
Senzor.az bildirir ki, üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.
Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri üz-üzə gələcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq.
C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da start fiti səslənəcək oyunda Sloveniya və Danimarka yığmaları qarşılaşacaqlar.
Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaqlar.