Sloveniya yığması Danimarka millisi ilə qarşılaşmada hesabı bərabərləşdirib.
Matçın 77-ci dəqiqəsində Erik Yanja fərqlənib.
***20:20
C qrupunun ilk matçında Danimarka millisi hesabı açıb.
Oyunun 17-ci dəqiqəsində fərqlənən futbolçu Kristian Eriksen olub.
***20:05
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.
Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.
BAKU.WS VİDEO