RU

Latviya lideri Prezident İlham Əliyevi təbrik edib

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxu.az

Избранный
509
press.az

1Источники