RU

Mikayıl Cabbarov Şamaxıda vətəndaşları qəbul edib

Bu gün vergilər naziri Mikayıl Cabbarov Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Şamaxı, Ağsu və Qobustan rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

Report.az

Избранный
464
press.az

1Источники