Uca Allah ər və arvadı bir-birinə halal edib. Ər arvadının, qadın da ərinin seksuallığından istədiyi vaxt istədiyi formada istifadə edə bilər. Lakin ər-arvadın arasındakı bu seksual azadlıq sahəsi böyük olmasına baxmayaraq sərhədsiz deyil. Yəni, ərlə arvadın arasında cinsi məzmunlu haramlar da var.
Kanal.az muselmanlar.com-a istinadən bildirir ki, bu haramların bir hissəsi daimidir; həmişə qüvvədədir. Bir qismi isə müvəqqətidir. Aşağıda 10 bənd halında göstərdiyimiz həmin haramların ilk 5-i daimi, digərləri isə müvəqqəti haramlardır:
1) Aybaşı və zahılıq halında cinsi əlaqədə olmaq;
2) Arxa orqandan təmas ;
3) Başqalarının yanında sevişmək və cinsi əlaqədə olmaq;
4) Əzab-əziyyət verməklə və əzab-əziyyət verdirməklə cinsi əlaqədə olmaq;
5) Cinsi öhdəlikdən imtina etmək;
6) İla etmək;
7) Zihar etmək;
8) Oruclu olduğu halda cinsi əlaqədə olmaq;
9) Etikafda olduqda cinsi münasibətdə olmaq;
10) Ehramlı olduqda cinsi əlaqədə olmaq
Milli.Az