“Düşünürəm ki, xala, bibiqızı və ya dayıqızı ilə evlənmək lazım deyil. Onlar qardaş və bacı gözündə böyüsələr daha yaxşı olar. Amma artıq sevgi varsa, ilk növbədə analizlər verilsin. Uşaqlar sağlam dünyaya gələcəksə, ondan sonra ailə qursunlar. Birinci sevgiyə yox, analizə diqqət yetirilməlidir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Nigar xanım" verilişində deyib.
Ailə qurarkən analiz verilməsinin tərəfdarı olan sənətçi bildirib ki, buna özü əməl etməyib:
"Elə bir toya düşürəm ki, orada yalnız yaxın qohumlar ailə qurub. Deyirəm ki, var-dövləti kənara ayırmaq istəmirsiniz, yalnız öz ətrafınızda olmalıdır. Əlbəttə ki, zarafatla deyirəm. Amma mütləq ailə qurmamışdan əvvəl analiz versinlər.
Övladlarının sağlam dünyaya gələcəyini düşünsünlər. Mən özüm də ailə quranda analiz verməmişdim. Çox şükür ki, şansımız gətirdi. Övladlarımız sağlamdır. Lakin bu böyük bir riskdir. Bir şey də var ki, qan analzilərimiz uyğun gəlməsəydi, biz görəsən yenə ailə quracaqdıq, yoxsa ayrılacaqdıq?"
Qeyd edək ki, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir.
Rəşad Əliyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта