Medianews.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Nigar xanım” verilişində deyib.
Sənətçi özü isə ailə qurarkən analiz vermədiklərini bildirib:
“Elə bir toya düşürəm ki, orada yalnız yaxın qohumlar ailə qurub. Deyirəm ki, var-dövləti kənara ayırmaq istəmirsiniz, yalnız öz ətrafınızda olmalıdır. Əlbəttə ki, zarafatla deyirəm. Amma mütləq ailə qurmamışdan əvvəl analiz versinlər. Övladlarının sağlam dünyaya gələcəyini düşünsünlər.
Mən özüm də ailə quranda analiz verməmişdim. Çox şükür ki, şansımız gətirdi. Övladlarımız sağlamdır. Ancaq böyük bir riskdir. Amma bir şey də var ki, qan analzilərimiz uyğun gəlməsəydi, biz görəsən yenə ailə quracaqdıq, yoxsa ayrılacaqdıq?”.
Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.