RU

Bu şəxslərə lobya yemək QADAĞANDIR

Lobya çox sağlam bir qida olsa da, bəzi insanlar ondan uzaq durmalıdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, endokrinoloq, dietoloq Elena Syurakshina kimlərin lobya yeməməli olduğunu açıqlayıb.

Kim lobya yeməməlidir?

Tərkibindəki zülallara qarşı həssaslığınız varsa, lobya kontrendikedir. Lobyaya qarşı allergiya qızartı, səpgi, ürəkbulanma və boğulma ilə nəticələnə bilər. Həm də nəzərə almalısınız ki, lobya yüksək proteinli bir məhsuldur və artıq zülallar bağırsaqlarda fermentasiya və çürümə proseslərinə səbəb ola bilər. 

Lobyanın həddindən artıq istehlakı şişkinlik, qaz meydana gəlməsinin artması və ishal ilə nəticələnir. Gündə 120-150 qramdan çox lobya yemək olmaz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
117
9
milli.az

10Источники