RU

Zeynəb: “Atam işləmir, mənim kimi qızı var”

"Atam olmasa, yaşama səbəbim olmaz. Ona bağlanmışam”.
 
Bu sözləri “Rəngarəng səhər” verilişində müğənni Zeynəb Həsəni deyib.
 
O bildirib ki, atasının maddi xərclərini özü qarşılayır:
 
“Ümumiyyətlə, ailəmi göstərməyi sevmirəm. Atam işləmir. İcazə vermirəm, onun mənim kimi qızı var. Uzun illərdir işləmir, 66 yaşı var. Yaşdan irəli gələn səhhətində yüngül problemlər olur. Həmişə maddi baxımdan qulluğunda dururam. Bacım-qardaşım məndən böyükdür. Artıq bacımın nəvəsi var, 45 yaşındadır. Bir bacım da var. Atama o baxır. Nə xoş ki, nankor övlad olmadıq”. /olay.az/
 
Избранный
75
10
moderator.az

10Источники