Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bəpra olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva idi.