Balın bir çox növləri var: Bunlara cökə balı, moruq balı, ağ akasiya balı, çəmən balı, meşə balı, yabanı bal və s. aid etmək olar. Bundan əlavə qarabaşaq balı adlanan növ də mövcuddur. Bu bal qarabaşaq çiçəklərindən əldə edilir. Doğrudur, qarabaşaq bitkisinin çiçəkləri ağ rəngdə olsa da, arının onun nektarından istehsal etdiyi bal qara rəngdə olur. Qarabaşaq balı bir sıra xəstəliklərə güclü təsir edir.
Milli.Az medicina.az-a istinadən həmin faydaları təqdim edir:
- Beynin hüceyrələrini və toxumaları qlükoza və fruktoza ilə təmin edir, enerji balansının saxlanmasına kömək edir
- Mineralların hesabına dəri, ürək, mədə xəstəliklərinin müalicəsində istifadə olunur
- Gözün torlu qişasının işini yaxşılaşdırır və irinli yaraların sağalmasını sürətləndirir
- İmmun sistemini dəstəkləyir
-Anginanı, zökəm, qrip və kəskin respirator xəstəliklər və tənəffüs yollarının müxtəlif xəstəliklərin müalicəsində istifadəsi məsləhətdir.
- Hipertoniya və qan azlığından xilas olmağa kömək edir. O, damarların işini qaydaya salır və qanı zənginləşdirir, qanın hazırlanmasına kömək edir.
- Avitaminoz zamanı orqanizmin bərpasına xeyri var
. -Orqanizmin mübadilə proseslərinin normallaşdırılmasına müsbət təsir edir
- Orqanizmdən radionukleidleri çıxarmaq qabiliyyəti var (yəni radiasiya olan bədəni təmizləmək)
- Depressiyadan çıxarır, sakitləşməyə və əhval-ruhiyyəni qaldırmağa kömək edir
-Mədədə turşu balansının sabitləşdirilməsində istifadə olunur. Onu xora xəstəliyinin müalicəsində tövsiyə edirlər
Əgər bu kimi sağlıq problemləriniz varsa, qarabaşaq balı alıb qəbul edə bilərsiz.
Milli.Az