Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.
Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.
Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.
Bakıvaxtı.az xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə, polis kapitanı Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısı oğludur.
Məlumata görə o, təzəlikcə mayor rütbəsi alıbmış.