RU

Bakının 2 prospektində hərəkət qismən məhdudlaşdırılır


Sabah saat 08:00-dan Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər), saat 23:00-dan isə Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) hərəkət qismən məhdudlaşdırılacaq.

Faktmedia Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb təmir işləridir.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Избранный
107
24
faktmedia.az

10Источники